AZ

Bayden və Makron Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılığa gəliblər

ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya kömək etmək üçün istifadə edilməsi barədə razılığa gəliblər.

Busaat.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Məlumata görə, G7 ölkələri və Avropa İttifaqı Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kredit vermək və 2025-ci ilə qədər Kiyevi təmin etmək üçün necə istifadə edəcəyini müzakirə edir.

Bildirilir ki, dünyada Rusiya Mərkəzi Bankının 260 milyarda yaxın vəsaiti dondurulub ki, onların da əksəriyyəti Aİ-dədir.

Rusiya tərəfi bəyan edir ki, dondurulmuş vəsaitlərindən hər hansı gəlir əldə etmək oğurluq hesab olunacaq.

 

Seçilən
91
50
busaat.az

10Mənbələr