AZ

17 yaşlı fiziki məhdudiyyətli qız məcburi ərə verilib?

Daxili İşlər Nazirliyi 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

Viral.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Hüquq-mühafizə əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.

***

Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir.

Viral.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıblar.

Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:

“Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm”, – deyə o vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu oxu.az-a bildirib ki, planlaşdırılan erkən nikahın qarşısı alınıb.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
19
viral.az

6Mənbələr