AZ

"Belarus xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır" - Pavel Muraveyko

Rusiya ilə birgə təlimlər Belarus Silahlı Qüvvələrinin xüsusi nüvə silahından istifadə etməyə hazır olduğunu göstərib.

Gundem.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko deyib.

O bildirib ki, bu cür təlim və qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı mühüm məsələlərin işlənib hazırlanması hazırlığın artırılması yollarından biridir.

"Nəticələri yekunlaşdıracağıq, amma indi əminliklə deyə bilərəm: Belarus Silahlı Qüvvələrinin bölmələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır", - Muraveyko bildirib. (Sfera.az)

Seçilən
110
32
gundem.az

10Mənbələr