AZ

"Muzeydə Musiqi Gecələri"nin növbəti portret- konserti keçiriləcək

Bakı. TurkicWorld :

14 iyun saat 19:00-da Muzey Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri"nin növbəti portret- konserti keçiriləcək.

TurkicWorld xəbər verir ki, "Ustaddan tələbəyə" adlı bu dəfəki konsertin solisti ADMİU-nun gitara müəllimi Elmar Sultanovun 4-cü kurs tələbəsi Raul Hüseynovdur. Konsertdə xarici ölkə bəstəkarları ilə yanaşı Fərəc Qarayev, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Aliyə Məmmədova, Türkər Qasımzadə və Ayaz Qəmbərlinin də gitara üçün əsərləri ifa olunacaq.

Muzey Mərkəzində (3-cü mərtəbə, akt zalı) keçiriləcək konsertə giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
turkic.world

10Mənbələr