AZ

Bu il qanunsuz dövriyyədən 79 milyon manatlıq narkotik çıxarılıb

Bu ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 79 milyon 400.000 min AZN kimi qiymətləndirilir.

APA xəbər veriir ki, bu barədə Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasından bildirilib.

Xəbərə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2934 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2240 nəfər təşkil edir. Həmin şəxslərdən 2843-ü kişi, 91-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

Seçilən
85
6
azpolitika.info

6Mənbələr