AZ

Bu ilin 5 ayında qanunsuz dövriyyədən 79 milyon manatlıq narkotik çıxarıldı

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədənçıxarılmış ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotropmaddələrin ümumilikdə dəyəri 79 milyon 400.000 min AZN kimiqiymətləndirilir.

Trend xəbər veriir ki, bubarədə Azərbaycan Respublikasının narkomanlığa və narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlətkomissiyasından bildirilib.

Xəbərə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətməsuliyyətinə 2934 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək-1nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş vəondan yuxarı isə 2240 nəfər təşkil edir. Həmin şəxslərdən 2843-ükişi, 91-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmişşəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qrmüxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin vəpsixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinəgətirilməsi ilə bağlı 86 fakt aşkar edilib, həmin faktlar üzrəqanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitəvə psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

Seçilən
38
6
az.trend.az

6Mənbələr