AZ

"Ukraynaya bütün zəruri silahları verməyin və rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib" - Zelenski

 
"Rusiyanın öz qonşularına qarşı terror etmək imkanı məhdudlaşan kimi işğalçı ölkə əsl sülhə aparan yolu axtarmağa məcbur olacaq..."
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın işğalçı qoşunlarını Ukrayna ərazisindən qovmaq üçün Ukraynaya bütün zəruri silahları verməyin zamanı yetişib.
 
Moderator.az xəbər verir ki, bu barədə dövlət başçısı Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bəyan edib. Məlumatı "interfax.com" nəşri yayıb.
 
"Sual olunur: tərəfdaşların bizim rusiyalıları ölkəmizdən qovmağımız üçün bütün zəruri silahları verməyin məqamı yetişməyibmi? Yetişib!", - Zelenski vurğulayıb.
 
Prezident həmçinin Ukraynada səfərbərliyin zəruriliyini şərh edib.
 
"Mən buna tamamilə ayıq başla baxıram, çünki bizdə səfərbərlik hərbi vəziyyətlə, müharibə vəziyyətilə bağlı ilk gündən aparılır. Mən cəmiyyətdə bunula bağlı sualların olguğunu da görürəm.
 
Müharibə birinci gün deyil ki, davam edir.  Lakin əgər biz dövlətimizi qoruyub saxlamaq istəyiriksə, bunu etməliyik", - Zelenski qeyd edib.
 
Dövlət başçısı ayrıca olaraq qeyd edib ki, hamı mövcud gerçəkliyi dürüst olaraq qəbul etməlidir.
 
"Bu müharibə ona görə davam edir ki, Putin müharibəni, terroru və Ukraynaya zərbələri davam etdirmək imkanına malikdir. 
 
Rusiyanın öz qonşularına qarşı terror etmək imkanı məhdudlaşan kimi işğalçı ölkə, nəhayət, əsl sülhə aparan yolu axtarmağa məcbur olacaq, çünki Putinin həlledici üstünlüyü raket zərbələri, idarəedilən aviasiya bombaları, zərbə dronlarıdır.
 
Biz birlikdə Rusiya terroru üçün blekautu təmin etməli, bundan əsl sülhə imkan yaratmalıyıq. Və Almaniya ilə birgə biz bunu etməyə qadirik", - Zelenski deyib.
 
Ukraynaya tərəfdarlarından yardım
 
Dünən, iyunun 11-də Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Almaniya yaxın zamanlarda Ukraynaya üçüncü "Patriot" sistemi, IRIS-T, "Gerard" qurğusu, raketlər və döyüş sursatları verəcək.
 
Ukraynaya lazım olan təkcə uzaqvuran silah deyil, çünki onun istifadəsinə ABŞ və Almaniya tərəfindən icazə verilməsi müharibənin gedişini dəyişməyəcək. Bu barədə "Deutsche Welle" nəşri yazıb.
 
Qeyd edilir ki, hazırda həm ABŞ, həm də Almaniya öz silahlarından transsərhəd zərbələri üçün yalnız Xarkov vilayətinin müdafiəsi üçün istifadəsinə icazə verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
moderator.az

10Mənbələr