AZ

“NATO hərbi xərclərini 18 faiz artıracaq” – Stoltenberq

ABŞ prezidenti Co Bayden Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ikili burada mediaya qısa açıqlama verib. 


Bayden Rusiyanın Avropadakı hücumlarının qarşısını NATO-dakı müttəfiqləri ilə birlikdə aldıqlarını deyib. Stoltenberq isə bu ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO Sammitində Alyansın 75-ci ildönümünü qeyd edəcəklərini və gələcək üçün mühüm qərarlar verəcəklərini bildirib.

 

NATO müttəfiqlərinin müdafiə xərcləri ilə bağlı yeni rəqəmlərin olduğunu ifadə edən Stoltenberq müttəfiqlərin bu il müdafiə xərclərini 18 faiz artıracağını da açıqlayıb.

 

“Bu, son illərin ən böyük artımıdır", - deyən NATO baş katibi qeyd edib ki, NATO üzvü olan 23 ölkə ümumi daxili məhsul istehsalının 2 faizini və ya daha çoxunu müdafiəyə xərcləyəcək. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
43
sfera.az

10Mənbələr