AZ

NATO-nun hərbi xərcləri artacaq

NATO üzvü olan 32 ölkədən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb, alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşündə deyib.

"Bu gün hərbi xərclərlə bağlı yeni rəqəmlər dərc edə bildik. Avropa və Kanadadan olan NATO ölkələri hərbi xərclərini 18 % artırıb və bu gün 23 ölkə ÜDM-in 2 %-nə çatıb", - Stoltenberq bildirib.

O vurğulayıb ki, bu, NATO-nun hərbi xərclərinin son onilliklərdəki ən böyük artımıdır və ABŞ üçün yaxşıdır, çünki pulun üçdə ikisi Birləşmiş Ştatlardakı hərbi sifarişlərə gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
ikisahil.az

10Mənbələr