AZ

Rusiya ilə Gürcüstan danışıqlar aparır?

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın kütləvi informasiya vasitələrinin Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin bərpası istiqamətində aparılan işlərlə bağlı xəbərlərini şərh edib.

Publika.az xəbər verir ki, rəsmi Moskva bunu “tələ” adlandırıb.

“Biz Gürcüstan müxalifətinin resurslarının tirajladığı müxtəlif “tələləri” şərh etməyi mənasız hesab edirik”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl gürcü müxalifətinin “Mtavari Arxi” telekanalı iki ölkə hökumətlərinin diplomatik münasibətlərin bərpası və Moskvada Gürcüstan səfirliyinin açılması üzərində guya fəal iş apardığını bildirib. Qeyd olunur ki, Tbilisi artıq diplomatik missiyada işləmək üçün işçiləri seçir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
14
publika.az

10Mənbələr