AZ

Beş ayda əsas kapitala nə qədər vəsait qoyub - DSK

2024-cü ilin 5 ayında Azərbaycanda əsas kapitala 6 milyard 640,9 milyon manat vəsait qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Son 1 iıdə neft-qaz sektoruna investisiyalar 9,2 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,1 % artıb.
 
Yanvar_aprel ayında əsas kapitala qoyuluş 11,8% təşkil edib. 
 
Bundan əvvəl  BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb. 
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.

 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
anews.az

10Mənbələr