AZ

MaliyyəAzərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 640,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox investisiya yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 iıdə neft-qaz sektoruna investisiyalar 9,2 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,1 % artıb.

5 aylıq investisiyanın 3 milyard 623,3 milyon manatı və yaxud 54,6 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 379,1 milyon manatı və yaxud 35,8 %-i xidmət sahələrinə, 638,5 milyon manatı və yaxud 9,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 386,9 milyon manatını və yaxud 81,1 %-ni daxili investisiyalar təşkil edib, 4 milyard 644 milyon manatı və yaxud 69,9 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
11
far.az

10Mənbələr