AZ

Norveç Ukraynaya 240 milyon avro ayırır - HHM sistemləri üçün

Norveç hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 240 milyon avro ayıracaq.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

Məlumata görə, bu məbləğin 125 milyon avrosu Norveç, Almaniya, Danimarka və Niderlandın “Patriot” sistemləri üçün 100 raketin tədarükü təşəbbüsünə ayrılacaq.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
28
modern.az

10Mənbələr