AZ

Dünyadakı insanlar Baydenə Trampdan daha çox güvənir (SORĞU)

ABŞ-ın hazırkı prezidenti Co Baydenə bütün dünyada inam Ağ Evə qayıtmaq istəyən Donald Trampdan xeyli yüksəkdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” Pew araşdırma mərkəzinin araşdırmasının nəticələrinə istinadən yazır. 

Yanvarın 5-dən mayın 21-dək 34 ölkədən (ABŞ daxil olmaqla) 40 566 nəfər arasında keçirilən sorğuda Baydenin xarici siyasət məsələlərində orta inamı 43%, Trampın 28% olduğu müəyyən edilib.

24 ölkədə insanlar Baydenə Trampdan daha çox güvənir, lakin Macarıstan və Tunisdə Tramp liderlik edir. Səkkiz ölkədə Bayden və Tramp arasında reytinq fərqi çox azdır. Hər iki lider Filippində yüksək qiymət alıb: Bayden 77% və Tramp 68%.

Baydenin reytinqləri keçən illə müqayisədə aşağı düşüb. 21 ölkədən 14-də 2023-cü ildəkindən daha aşağı inam var.

Araşdırmada qeyd edilir ki, Baydenin bəyənmə reytinqlərinin aşağı düşməsi qismən Qəzzada İsrail və HƏMAS arasında gedən müharibə ilə bağlıdır. 34 ölkədə Baydenin müharibəni idarə etməsinə orta hesabla narazılıq səviyyəsi 57% təşkil edib. Sorğu Bayden münaqişəyə son qoymaq üçün tədbirlər təklif etməzdən əvvəl keçirilib.

Məlumatlar həmçinin göstərir ki, sorğunun keçirildiyi bir neçə ölkədə kişilər qadınlara nisbətən Trampa daha çox güvənirlər. Hər iki siyasətçiyə etimadın azalması demokratiya modeli kimi ABŞ-a inamın ümumi azalmasından xəbər verir.

Hesabatda deyilir ki, sorğu edilən ölkələrdə təxminən hər 10 respondentdən dördü hesab edir ki, ABŞ bir vaxtlar qlobal demokratiya nümunəsi olsa da, artıq indi bu belə deyil.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
17
qaynarinfo.az

10Mənbələr