AZ

Xarici media: Donald Trampın ABŞ prezident seçkilərində şansları nə qədərdir?

Donald Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident oldu. Andlılar heyəti onu biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilib. Müstəntiqlərin fikrincə, 2016-cı il seçkilərinə az qalmış respublikaçı namizəd vəkili vasitəsilə porno aktrisa Stormi Danielsə onunla intim münasibətə dair susmasına görə 130 min dollar ödəyib. Bu sövdələşmənin özü qanunu pozmur, lakin gələcək prezident xərcləri "The Trump Organization”in məhkəmə xərcləri kimi sənədləşdirib. Andlılar heyətinin qərarı artıq Ağ Ev tərəfindən şərh edilib və dolayısı ilə seçki yarışının hələ də davam edəcəyi təsdiqlənib. Xarici media qeyd edir ki, hökmə baxmayaraq, Donald Trampın həqiqətən də seçkidə qalib gəlmək üçün hər cür şansı var.

Qaynarinfo bu məsələ ilə bağlı xarici medianın icmalını təqdim edir.

"The New York Times” yazır ki, yarım əsrdən artıqdır ki, heç bir məhkum edilmiş cinayətkar ABŞ prezidentliyinə namizəd olmayıb və heç vaxt cinayətkarın belə yüksək qələbə şansı olmayıb. Məhkumluq federal vəzifələrə namizəd olmağa mane olmur. Ayrı-ayrı ştatlar Trampı səsvermə bülletenindən kənarlaşdırmaq üçün qanun qəbul etməyə cəhd edə bilərdi, lakin bu, Konstitusiyaya zidd olardı. Belə ki, ABŞ Konstitusiyası yalnız namizəddən 35 yaşdan yuxarı olmasını, ABŞ-da doğulmasını və son 14 il ərzində orada yaşamasını tələb edir.

Ali Məhkəmə yalnız Konqresin Trampı qiyamda iştirakına görə seçki yarışından kənarlaşdırmaq hüququna malik olduğuna qərar verib (söhbət Kapitoliyə hücumdan gedir). Amma nə qədər ki, respublikaçılar Nümayəndələr Palatasına nəzarət edirlər, belə bir senari çətin ki, baş versin. Hətta Respublikaçılar partiyasının daxili qaydalarına görə də, artıq eks-prezidentin başqa namizədlə əvəzlənməsi mümkün deyil.

"Bloomberg” qeyd edir ki, belə bir vəziyyət keçmişdə yarışın trayektoriyasını dəyişə bilərdi, amma indi yox. Tramp iki impiçmentdən və bir çox qalmaqaldan "sağ” çıxıb və hələ də sorğularda liderdir. Siyasətçi hökmdən bəhrələnməyə çalışacaq: onun elanından dərhal sonra seçki qərargahı vəsait toplama kampaniyası elan edib, prosesi yenidən siyasi adlandırıb. Belə strategiya Trampa praymerizdə rəqiblərini qabaqlamağa kömək etdi, lakin bunun noyabrda da işləyəcəyi bəlli deyil. 2016 və 2020-ci illərdə olduğu kimi, prezidentliyə namizədlər arasında fərq çox güman ki, minimal olacaq və istənilən detal nəticəyə təsir edə bilər: Qəzza zolağındakı vəziyyətdən tutmuş seçki günü havaya qədər.

"The Guardian” aydınlaşdırır ki, seçicilərin 67%-i artıq ümumi seçkilərdə məhkumluğun onlar üçün əhəmiyyət kəsb etməyəcəyini bildirib. Respublikaçıların 25%-i isə belə halda daha çox partiya üzvünə səs verir. Co Baydenə indi "siyasi silah” verilib, lakin onun üçün ondan dəqiq istifadə etmək vacibdir. Prezident indiyədək siyasi müdaxilədə ittiham olunmamaq üçün rəqibinin mühakimə olunmasına münasibət bildirməməyə çalışıb.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
17
qaynarinfo.az

10Mənbələr