AZ

NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvlərinin görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O qeyd edib ki, H.Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın regional məsələlərdə və enerji təhlükəsizliyində mühüm rolu, COP29-a hazırlıq prosesi, iqlim və yaşıl həmrəylik gündəliyi, eləcə də Ermənistanla normallaşma prosesi və sülh gündəminin irəliləməsi barəsində tərəfdaş ölkələrlə səmərəli müzakirələr aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
18
ikisahil.az

10Mənbələr