Beynəlxalq Enerji Agentliyi (BEA) aylıq hesabatında 2024-cü il üçün qlobal neft tələbatının artım proqnozunu bir daha azaltdığını açıqlayıb.

İndex.az xəbər verir ki, BEA aylıq hesabatında ABŞ, Avropa və Çindən gələn zəif iqtisadi məlumatlardan sonra 2024-cü il üçün qlobal neft tələbi üzrə artımı proqnozunun sutkada 100 min barel azalaraq 960 min barelə endirildiyini bildirib.

Neftə tələbatın azalması və ehtiyat artımı isə rahat təchiz olunmuş bazara işarə edir.

Lakin digər tərəfdən, quru ehtiyatları 8 aylıq azalmadan sonra apreldə 83,5 milyon barel artıb.