AZ

Dünyada neftə tələb nə qədər olacaq? - PROQNOZ

Beynəlxalq Enerji Agentliyi (IEA) bu ​​il üçün qlobal neft tələbi proqnozunu gündəlik 140 min barel azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IEA-nın aprel ayı üzrə neft bazarı hesabatında deyilir.

Proqnozlara görə, bu il qlobal neft tələbinin gündəlik 1 milyon 100 min barel artaraq 103 milyon 200 min barelə çatacağı gözlənilir. Gələn il qlobal neft tələbinin bu illə müqayisədə gündəlik təxminən 1 milyon 200 min barel artaraq 104 milyon 300 min barelə çatacağı təxmin edilir.

Tələb proqnozunun azalması ilin birinci rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrindən və xüsusilə Avropadan tələbin zəif olması ilə əlaqədar olub.

İƏİT ölkələrində neft tələbinin bu il gündəlik 200 min barel azalaraq 45 milyon 600 min barelə çatacağı təxmin edilir. İƏİT üzvü olmayan ölkələrdə tələbin isə bu il gündəlik 1 milyon 200 min barel artaraq 57 milyon 500 min barelə, gələn il isə 1 milyon 300 min barel artaraq 58 milyon 800 min barelə çatacağı proqnozlaşdırılır.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
8
iqtisadiyyat.az

8Mənbələr