AZ

ABŞ-dən Rusiyanı qəzəbləndirəcək addım: Ukraynaya yeni silah göndərirlər

Rusiyaya qarşı Kiyevə dəstəyini artıran ABŞ rəhbərliyinin yeni \"Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya göndərəcəyi bildirilir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, New York Times qəzeti ABŞ administrasiyasının Ukraynaya yeni Patriot hava hücumundan müdafiə sistemi göndərəcəyini yazıb. 

Adlarının açıqlanmaması şərti ilə qəzetə danışan iki yüksək rütbəli ABŞ rəsmisi ABŞ Prezidenti Co Baydenin Ukraynaya Patriot sisteminin göndərilməsi ilə bağlı qərarın ötən həftə verildiyini bildirib. 

Rəsmilər Patriot sisteminin texniki xidmətdən sonra yaxın günlərdə Ukraynaya göndərilə biləcəyini və bu qərarın digər müttəfiq ölkələri də eyni addımı atmağa sövq edə biləcəyini bildiriblər.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
3
azxeber.com

4Mənbələr