AZ

ABŞ Ukraynaya yeni Patriot HHM sistemi göndərəcək

New York Times (NYT) qəzeti ABŞ administrasiyasının Ukraynaya yeni Patriot hava hücumundan müdafiə sistemi göndərəcəyini yazıb.

Sitat.info xəbər verir ki, adının açıqlanmaması şərti ilə NYT qəzetinə danışan iki yüksək rütbəli ABŞ rəsmisi ABŞ prezidenti Co Baydenin Ukraynaya Patriot sisteminin göndərilməsi barədə qərarın ötən həftə verildiyini bildirib.

Rəsmilər Patriot sisteminin təmirdən sonra yaxın günlərdə Ukraynaya göndərilə biləcəyini və bu qərarın digər müttəfiq ölkələri də eyni addımı atmağa sövq edə biləcəyini bildiriblər.

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
sitat.info

4Mənbələr