AZ

"Qarabağ" Kadi Borges üçün təklif göndərib - RƏSMİ

"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk "RB Sport"a açıqlama verib.
O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib: "Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək "Qarabağ"ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
27
oxu.az

10Mənbələr