AZ

Qurbanov Santuşun baş məşqçi təyin edildiyi iclasa QATILMADI – AFFA açıqlama yaydı

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən son iclasında maraqlı hadisə yaşanıb.

KONKRET.az xəbər verir ki, İK-nin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iclasda iştirak etməyib.

Qeyd edək ki, bu iclasda Azərbaycan millisinin baş məşqçiliyinə təyinat müzakirə olunub. Müzakirələr nəticəsində portuqaliyalı Fernandu Santuş millinin baş məşqçisi təyin edilib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək toplantıda iştirak edə bilməyəcəyini deyib.

Seçilən
71
6
konkret.az

7Mənbələr