AZ

Qurban Qurbanov AFFA İK-nin Santuşla bağlı iclasına qatılmadı

style='margin-bottom:10px;'>

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən son iclasında maraqlı hadisə yaşanıb.

QOL.az-ın əldə etdiyi məlumata görə, İK-nin üzvü və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov iclasda iştirak etməyib. 

Qeyd edək ki, bu iclasda Azərbaycan millisinin baş məşqçiliyinə təyinat müzakirə olunub. Müzakirələr nəticəsində portuqaliyalı Fernanda Santuş millinin baş məşqçisi təyin edilib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək toplantıda iştirak edə bilməyəcəyini deyib.

Seçilən
121
6
teleqraf.com

7Mənbələr