AZ

Əli Əsədov Mixail Mişustini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə milli bayram - Rusiya Günü münasibətilə təbrik ünvanlayıb.

Milli.Az-ın xəbərinə görə, məktubda qeyd olunub ki, iki ölkə xalqlarını birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma telləri, dərin mədəni və humanitar ənənələr Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın mütərəqqi inkişafı üçün sarsılmaz bünövrədir.

İki ölkə arasında geniş spektrdə, o cümlədən, ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da mütərəqqi şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
35
milli.az

10Mənbələr