AZ

Yerə ilk yağış nə vaxt yağıb?

Yerə

Yerə ilk yağışın nə vaxt yağdığını və ilk şirin suyun nə zaman üzə çıxdığı çoxları üçün maraqlıdır. Bu səbəbdən də alimlər Yer kürəsinə ilk yağışın nə vaxt yağdığını müəyyən ediblər.

Reyting.az
-ın məlumatına görə, Avstraliya və Çindən olan tədqiqatçıların böyük bir qrupu qədim mineralların, yəni orijinal kristalların içərisində yaradılışdan sonra Yer kürəsinə ilk dəfə yağan aramsız yağışların əlamətlərini aşkar ediblər.

Şirin suyun “izlərini” qoyan oksigen izotoplarını ətraflı tədqiq edən elm adamları belə qənaətə gəliblər ki, ilk damcılar planetimizin səthinə təxminən 4 milyard il əvvəl düşə bilərdi.

Avstraliyanın Kertin Universitetinin alimi, geoloq Hamed Qamaleldien baş verən bu proseslərə çox maraqlı elmi izah verərək öz fikirlərini "Nature Geoscience" nəşri ilə bölüşüb:

"Mineral sirkonun kiçik kristallarının yaşını, həmçinin oksigen izotoplarını geniş araşdırandan sonra təxminən tarixi yaşının 4 milyard il olması ehtimal edilən qeyri-adi yüngül izotop işarələrini kəşf etdik. Belə bir yeni tapıntı ilk dəfə yağışların nə zaman yerə düşdüyünün ən böyük elmi göstəricilərindən biri sayılır".

Bu tədqiqatların necə aparılması ilə bağlı sualları cavablandıran alimlərin fikrincə, yer qabığının ən qədim materiallarının nümunələri Avstraliyanın qərbindəki Cek Hillsdə saxlanılır. Orada istilik və təzyiqin təsirlərinə baxmayaraq, ilkin mineralların bəziləri 4,4 milyard il ərzində də nisbətən dəyişməz qalıb.

Tədqiqatları aparmaq üçün elm adamları dəyişməyə həddindən artıq müqavimətli sirkon mineralının mindən çox kristalının tarixini təyin ediblər və bu zaman məlum olub ki, həmin daşların təxminən 10 faizi 4 milyard ildən daha qədimdir.

Alimlərin deyiblər ki, əldə edilmiş sirkon kristallarında əhəmiyyətli miqdarda şirin su olub-olmadığını öyrənmək məqsədi ilə daha ağır və yüngül oksigen nisbətini ölçmək üçün əsasən kiçik ion şüalarından istifadə etməli olublar. Bu tədqiqatlar isə bir daha sübut edib ki, daha çox yüngül oksigen mövcud olub və 4 milyard il öncə yerdə şirin su yaranıb.

"Yerin bu qədər dərinliyində şirin suyun elmi sübutu əslində yerin dörd milyard il əvvəl tamamilə okeanla örtüldüyünə dair mövcud nəzəriyyəyə meydan oxuyur. Axı artıq təkzibedilməz elmi dəlilər var", - deyə Qamaleldien bildirib.

Geoloq Hüqo Olirukun isə deyib ki, bu kəşf "Yerin ilkin tarixinə işıq salmaqla yanaşı, həm də deməyə əsas verir ki, torpaq və şirin su həyatın nisbətən qısa müddəti ərzində, yəni 600 milyon ildən az bir müddətdə çiçəklənmənin əsasını qoyub. Bu da planetin formalaşmasında böyük rol oynayıb".

Geoloq-alim H. Oliruk əlavə edib ki, bu tapıntılar Yer kürəsinin ilkin tarixini başa düşməkdə irəliyə doğru mühüm addımdır və həyatın mənşəyi ilə bağlı əlavə tədqiqatlar üçün qapı açır.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
12
reyting.az

10Mənbələr