AZ

İndiyədək yaşamış ən kiçik hominid kəşf edildi

Yazını böyüt
Yazını kiçilt

Hominidlər ailəsinin indiyə qədər görülən ən kiçik üzvü kəşf edilib. Almaniyada tapılan fosilləri araşdıran tədqiqatçılar bu canlının təxminən 11 milyon il əvvəl yaşadığını təxmin edirlər.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, böyük meymunlar və ya hominidlər müasir insanları əhatə edən primatlar sırasına aiddir. Bu ailənin yaşayan ən kiçik üzvü olan bonoboların çəkisi orta hesabla 30-40 kiloqram, boyu təxminən 115 santimetrdir.

Lakin Almaniyanın Bavariya əyalətində tapılan iki diş və diz qapağı fosilini araşdıran tədqiqatçılar bonobolardan daha kiçik bir hominid cinsi aşkar ediblər. Buronius manfredschmidi adlı bu canlının 10 kiloqram ağırlığında olduğu və qısa boyu olduğu düşünülür.

Dünən “PLOS One” elmi jurnalında dərc olunan araşdırmaya rəhbərlik edən professor Madelayn Böhme deyir: "Bu yeni cins canlı və ya fosil hominidlərdən çox kiçikdir. Bu, onu olduqca qeyri-adi edir”.

Alimlər 11,6 milyon il əvvəl yaşamış bu canlının diz qapağının onun ağaclara çox yaxşı dırmaşdığını göstərdiyini bildirir. Onun dişlərinin müayinəsi meyvə və yarpaqlara əsaslanan pəhrizdən xəbər verir.

Yeni araşdırmanın ən maraqlı tapıntılarından biri də Buroniusun başqa bir hominidlə eyni mühiti paylaşmasıdır. Əvvəlki araşdırmada, Bavariyada aşkar edilən fosillər Danuvius guggenmosi növünün təxminən 11,6 milyon il əvvəl yaşadığını ortaya çıxarmışdı.

Buroniusdan daha böyük olan bu canlının hər şeyi yeyən bir canlı olduğu düşünülür. Ailənin ən kiçik üzvü ağacların yuxarı hissələrində yaşasa da, Danuvius iki ayağına daha çox vaxt sərf edir.

Tapıntılar 23 milyondan 5 milyon il əvvələ qədər davam edən Miosen Dövründə bir yerdə yaşayan çoxsaylı meymun növlərinin Avropada ilk nümunəsidir.

Tədqiqatçılar bu iki canlının fərqli həyat tərzləri sayəsində qaynaqlar uğrunda mübarizə aparmadan eyni mühiti paylaşa bildiklərini düşünürlər. Böhme bu vəziyyəti Borneo və Sumatrada yaşayan müasir gibbonlara və oranqutanlara bənzədir.

Alimlər Buroniusun niyə bu qədər kiçik olduğunu anlamadıqlarını deyirlər. Ola bilsin ki, onun ölçüləri daha böyük canlılardan fərqli yerlərdə yaşamağa imkan verir.

Digər variant isə Buroniusun daha qədim hominid cinsi olmasıdır. Böhme deyir: "Bu gün niyə kiçik hominidlərin yaşamadığını söyləmək çətindir" deyir və əlavə edir: "Təkamüllü nəsil ağaclarında insan adətən kiçik başlayır, böyüyür və bir dəfə böyüdükdən sonra geri qayıtmır".

Tədqiqatçılar bildirirlər ki, Avropadakı digər yerləri araşdıraraq, müxtəlif hominidlərin qədim zamanlarda birlikdə yaşadığına dair yeni dəlillər tapıla bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
12
hafta.az

10Mənbələr