AZ

Rus ordusunun hədəfi bəlli oldu

Rus

Xarkov vilayətində hücumun başlanğıcında rus hərbçiləri Lipts və Volçanskı mümkün qədər tez tutmağı qarşılarına məqsəd qoymuşdular, lakin indi düşmənin döyüşməsi çox çətindir.Ulusum.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.Onun sözlərinə görə, indi Rusiya qüvvələrinin məqsədi çox güman ki, Belqorod yaxınlığından Xarkov vilayəti ərazisinə daxil olan qrupları birləşdirmək olacaq:"Onlar Liptsdə şəhər döyüşlərinə başlamaq istəyirlər. Volçanskı tam nəzarətə götürmək onların vəzifəsidir. Baxmayaraq ki, işğalçılar başa düşürlər ki, indi şəhər şəraitində hərbi əməliyyatları gücləndirsələr də, Volçanskı işğal etmək tapşırığını qısa müddətdə tam şəkildə yerinə yetirə bilməyəcəklər. Buna görə də onlar üçün əsas vəzifə bu iki yeri bir-biri ilə birləşdirmək olacaq".Eyni zamanda o qeyd edib ki, Rusiya qoşunları hazırda Mur çayı arasında və su anbarının yanında sıxışıb və bu şəraitdə onların manevr etməsi çətinləşib:"İkinci məqam ondan ibarətdir ki, onlar qərb kənarı ilə Volçanska getməyə çalışırlar. Staritsa-Burqovatka-Prilipitsa xəttinə təzyiqi artıracaq və qərb tərəfdən Volçanskı əhatə etməyə başlayacaqlar. İşğalçılar bunu həyata keçirə bilsələr, Sinelnikovoya çatmaq və onun qərb kənarından Volçanska daxil olmaq imkanı əldə edəcəklər".

Diqqət Çəkənlər

Qurban bayramı ilə bağlı fətva

Məktəbli ilə dava edən mühafizəçi işdən çıxarıldı

İdmançı dənizdə niyə batdı?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
20
ulusum.az

10Mənbələr