AZ

HƏMAS iki rusa görə Moskvaya ŞƏRT QOYDU

Fələstinin radikal HƏMAS hərəkatı Qəzzada qalan iki rusu azad edəcəyini vəd etsə də, bunun üçün atəşkəs tələb edib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Diplomat deyib ki, o, HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Məzrukla telefonla danışıb və digərləri ilə yanaşı, əsirlikdə qalan iki rusiyalının azad edilməsi məsələsini müzakirə edib.

"Onlar bizə bunu etməyə hazır olduqlarını təsdiq etdilər", - Boqdanov deyib.

O qeyd edib ki, bunun üçün atəşkəs lazımdır ki, HƏMAS rusları BQXK nümayəndələrinə təhvil verə bilsin.

Seçilən
117
1
publika.az

10Mənbələr