AZ

BMT qətnamə qəbul etdi – HƏMAS danışıqlara hazırdır

HƏMAS BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil olan məsələləri alqışlayıb.  Onlar razılaşmaların həyata keçirilməsi üçün dolayı danışıqlara hazır olduqlarını bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəslə bağlı ABŞ-ın qətnamə layihəsini qəbul edib. 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib. Sənəd yeddi bənddən ibarətdir.

Bunlardan biri HƏMAS-ı razılaşmanı qəbul etməyə və həmçinin bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırışdır.

Bundan əlavə, sənəddə vurğulanır ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman atəşkəs danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Qətnamədə, həmçinin BMT-yə üzv olan bütün ölkələr sazişin həyata keçirilməsini dəstəkləməyə çağırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
nocomment.az

10Mənbələr