AZ

HƏMAS-ın İsrailin atəşkəs təklifinə cavabı məlum olub

Fələstinin radikal HƏMAS hərəkatı Misir və Qətərə İsrailin atəşkəs təklifinə rəsmi cavab verib. 

32gun.az bildirir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən Axios portalı məlumat yayıb. 

Hələlik başqa təfərrüatlar verilmir.

İyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Həmas arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Qətnamənin birinci mərhələsi dərhal atəşkəs, İsrail Müdafiə Qüvvələrinin (IDF) qoşunlarının Qəzza zolağının məskunlaşmış ərazilərindən çıxarılmasını və Həmas hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur. Daha sonra HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini alqışladığı və İsraillə dolayı danışıqlar aparmağa əvvəlki hazırlığını təsdiqlədiyi bildirilib .

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
558
50
32gun.az

10Mənbələr