AZ

HƏMAS BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdı

Fələstinin radikal HƏMAS hərəkatı BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdığını və danışıqlara hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri məlumat verib.

"HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılanlarla dəyişdirilməsi ilə bağlı qətnaməsini qəbul edir", - deyə o bildirib.

Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ lideri Co Baydenin Qəzza zolağında atəşkəs planı ilə birlikdə ABŞ-nin qətnaməsini qəbul edib. Səsvermə zamanı İsrail və HƏMAS arasında barışığa dair qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
bakivaxti.az

10Mənbələr