AZ

Millidən əzmkar qələbə – VİDEO

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

TEMPİNFO xəbər verir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxıb.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gəlib. 5 qolun vurulduğu oyunda yığmamız qələbə qazanıb. Hesabda 0:2 geri düşməsinə baxmayaraq, futbolçularımız böyük əzmkarlıq göstərərək 3 dəfə fərqləniblər – 3:2. Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurulan qolların müəllifi olublar.

Millimiz dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu

11 iyun

18:00. Azərbaycan – Qazaxıstan – 3:2

Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51 (pen.). Toral Bayramov, 73 – Yan Voroqovskiy, 2. Maksim Samorodov, 28

Seçilən
152
17
tempinfo.az

10Mənbələr