AZ

Millimiz əzmkar qələbə qazandı - Qazaxıstanla oyunda

Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Prosport.Az xəbər verir ki, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığma 3:2 hesablı qələbə qazanıb.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.

Bununla belə, futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədəToral Bayramov imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
17
prosport.az

10Mənbələr