AZ

Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış

"Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi".Bu sözləri globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən hərbçimizin atası Tofiq Hüseynov deyib.O, oğlunun ali təhsilli olduğunu bildirib:"Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi".Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib:"Ceyhun adını daşıdığı əmisi Ceyhun Tahir oğlu Hüseynov 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub".Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
31
gender.az

10Mənbələr