AZ

Nəşi tapılan əsgər ADA-nın məzunu olub –Tərxis olunmasına 20 gün qalmışdı

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri Ordubadda dəfn ediləcək.

Onu nəşi hazırda Ordubad rayonunun Gənzə kəndinə aparılır.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib evə gələcəkdi…”

Bu sözləri Qafqazinfo-ya açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən və bu gün nəşi tapılan hərbçimizin atası Tofiq Hüseynov deyib.

O, oğlunun ali təhsilli olduğunu bildirib: “Ceyhun 16 noyabr 1999-cu ildə Bakıda anadan olub. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi. Hərbiyə də könüllü olaraq getdi”.

T. Hüseynov qardaşının da Birinci Qarabağ müharibəsində şəhid olduğunu açıqlayıb: “Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Oğlum dəfələrlə beynəlxalq müsabiqələrdə qızıl, gümüş medallar əldə edib. Hətta zamanında Ceyhunla bağlı AZTV, ATV telekanalı da veriliş hazırlamışdı. O görüntülər indi də bizdədir. Çox təəssüf edirəm”.

Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
19
azpost.info

10Mənbələr