AZ

Ermənistan Fransa ilə hərbi təlimlərdə əməkdaşlıq etmək istəyir

"Ermənistan hərbi təlimlərdə Fransa ilə əməkdaşlıq etməyi planlaşdırır".

Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan ilə Fransa Quru Qoşunlarının komandanı general Pyer Çil arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

“Əməkdaşlığın gələcək inkişafı, xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində məsələlər müzakirə edilib. Əməkdaşlığın gələcək inkişafı ilə bağlı razılıqlar əldə olunub”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, aprelin əvvəlində Ermənistan hakimiyyəti Brüsseldə ABŞ və Avropa İttifaqının nümayəndələri ilə görüş keçirib. Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-ın dövlət katibi Antoni Blinkenlə danışıb.

Yeganə

Mənbə: RİA.ru
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
24
oxu24.com

10Mənbələr