AZ

®“Kapital Bank” istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

®“Kapital

Xəbər verdiyimiz kimi, ötən gün “Kapital Bank”ın 100 milyon manat həcmində olan istiqraz emissiyasının 50 milyon manat həcmində olan ilk tranşının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılıb.

İstiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi artıq yekunlaşıb. Sifarişin ümumi həcmi 96 milyon 091 min 600 manat olub. Yerləşdirmədə 42 investor iştirak edib. Yerləşdirilən istiqrazların 22,9 faizi fiziki şəxslərin, 77,1 faizi hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10 faiz, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc

 

Seçilən
75
49
azertag.az

5Mənbələr