AZ

Kapital Bank: Dollar istiqrazlarının yerləşdirilməsi yekunlaşıb, 32 investor iştirak edib

11 iyun 2024-cü il tarixində Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Kapital Bank-ın yaydığı məlumatda bildirilir ki, 24 iyun 2024-cü il tarixində isə sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 investor iştirak edib.

Xatırladılıb ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
49
marja.az

10Mənbələr