AZ

Qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb

Qonaq

Lənkəran, 11 iyun, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 3195 manat pulun naməlum şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramin Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan oğurluq edib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
azertag.az

6Mənbələr