AZ

Abşeron sakini Lənkəranda qonaq getdiyi evdən oğurluq etdi – Həbs olundu

Lənkəranda qonaq gəldiyi evdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 3195 manat pulun naməlum şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramin Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan oğurluq edib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
konkret.az

6Mənbələr