AZ

AP-də seçki şoku: Mərkəz sağçı və ifrat sağçı qüvvələr ciddi şəkildə irəliləyiş əldə etdilər -ŞƏRH

Avropa Parlamenti (AP) seçkilərinin sona çatmasından sonra Avropa İttifaqına (Aİ) üzv olan bir çox ölkədə ifrat sağçıların yüksəlişi seçkinin ən diqqət çəkən elementi olub.

Bazar günü gecə Avropada seçki marafonu başa çatdığından Aİ-nin 27 üzvü arasında qalib və uduzanların kim olduğu aydınlaşmağa başlayıb.

İtaliyanın baş naziri Giorgia Meloni Brüsseldə əsas rolunu təqribən 28% səs qazanaraq möhkəmləndirib, Fransada isə prezident Emmanuel Makron o qədər zəif çıxış edib ki, erkən seçkilər təyin etmək məcburiyyətində qalıb. 


Mövzu ilə bağlı “Sherg.az”a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Fransa tarixində ilk dəfə olaraq hakimiyyəti təmsil edən siyasi partiya 15 faizdən aşağı səs baryerinə sahib oldu: 

“Makronun partiyasının səs faizi çox aşağı nəticədir. Bu ayrı-ayrı sosial və işçi qrupların tələblərini qulaqardına vuran siyasi sistemin legitimlik dərəcəsinin kifayət qədər Fransa cəmiyyətində aşağı olduğunun göstəricisidir. Eyni zamanda, buna Makronun xarici siyasətində olan müxtəlif uğursuzluqlarını da nümunə göstərə bilərik. Əgər Fransa siyasi hakimiyyəti vaxtında sözügedən çağırışlara cavab versəydi, indi seçkilərdə başqa nəticəni görə bilərdik. Nəticə etibarilə Emmanuel Makron əzəli rəqibi olan Marin Le Penə uduzdu. Bu gələcək seçkilərdə Le Penin qanunverici hakimiyyətdə daha geniş şəkildə təmsil olunmasına şərait yarada bilər. Avropa Parlamentində keçirilən seçkilər mərkəz sağçı və ifrat sağçı qüvvələrinin ciddi şəkildə irəliləyiş əldə etməsinə səbəb oldu. Bu son zamanlar Avropada siyasətçilərin Rusiya-Ukrayna müharibəsi fonunda ölkə daxilindəki iqtisadi və digər çağırışları həll edə bilməməsiylə əlaqədardır. Artıq insanların təfəkküründə ideoloji baxış bucağı və istiqamətlənmə ilə bağlı bir sıra dəyişikliklər var. Corca Meloninin dünən seçkilərdə qələbə qazanması təsadüfi deyil. Mərkəzçi liberal və sosialist qüvvələr müxtəlif ölkələrdə məğlub oldular. Bu bir növ hakimiyyətlər üçün çağırışdır. Onlar qarşılarında duran məsələləri həll etməlidirlər. Əks təqdirdə bu dalğa daha geniş şəkildə Avropada şəbəkələşəcək”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
7
sherg.az

10Mənbələr