AZ

Avro Avropa Parlamentinə seçkilərdən sonra ucuzlaşdı

Avropa İttifaqının əksər üzvlərinin ortaq valyutası olan avro Avropa Parlamentinə seçkilərdən sonra son bir ayda ən aşağı səviyyəyə düşüb.

Turkustan.az xəbər verir ki, bazarların ilk dəfə açıldığı Asiyada avro ABŞ dolları qarşısında 0,3 faiz dəyər itirərək 1,0764-ə düşüb. Sağçı partiyalarınAvropa Parlamentində böyük qələbə qazanmasından və Fransa prezidenti Emmanuel Makron erkən seçki qərarını elan etdikdən sonra avronun ucuzlaşdığı görülüb. Exit-poll nəticələrinə görə, ifrat sağçı Marin Le Penin Milli Rallisi (MN) Avropa Parlamentində birinci olub və Makron riskli qərar qəbul edib parlamenti buraxıb. İngiltərə mətbuatına açıqlama verən Almaniyada yerləşən investisiya bankı Berenberg-in baş iqtisadçısı Holger Schmieding, Makronun seçkidə məğlub olacağı təqdirdə, artıq milli siyasətlərdə söz sahibi olmaq hüququna malik olmayacağını və bunun bazarlar üçün pis xəbər olduğunu bildirib.

Sinqapur Bankının baş iqtisadçısı Mansur Mohi-Uddin deyib: “Fransada erkən seçkilərdə ifrat sağçıların qələbəsi avronun yaxın perspektivdə təzyiq altında qalmasına səbəb olacaq ”. Bununla belə, Mohi-Uddinin fikrincə, əsl təyinedici ABŞ- dan gələn məlumatlar olacaq .

Avro zonasından 50 şirkətin daxil olduğu EuroSTOXX 50 indeksinin fyuçersləri 0,4 faiz ucuzlaşıb. Avropa bazarları açılanda dövlət istiqrazları və fond bazarlarının gedişatı risk qavrayışı haqqında fikir verəcək.

Avrozonaya qarşı mürtəce siyasət yürüdən partiyaların seçkilərdə böyük nailiyyətlər əldə etməsi ittifaqın siyasətlərinin necə formalaşacağı suallarını gündəmə gətirib. Analitiklər Fransanın iyunun 30-da növbədənkənar seçki keçirməsinin bazarlar üçün qeyri-müəyyənlik olduğunu vurğulasalar da, əksər hallarda Avropa Parlamenti seçkilərinin daxili siyasətə əks olunmadığına diqqət çəkirlər.

Bunun səbəbləri arasında fərqli seçki sistemləri və Avropa Parlamenti seçkilərində daha çox etiraz səsi toplanması da var. Ötən həftə Avropa Mərkəzi Bankı son 5 ildə ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb. Bu ilin əvvəlindən avro dollara nisbətdə 2,5 faiz dəyər itirib.

Digər tərəfdən bazarlar üçün bu həftənin ən əhəmiyyətli inkişafı ABŞ Mərkəzi Bankı FED-in çərşənbə günü açıqlayacağı faiz qərarı olacaq. FED-in uçot dərəcəsini indiki 5,25-5,5 faiz səviyyəsində sabit saxlayacağı gözlənilir. ABŞ-da bu faiz dərəcəsi son 23 ilin ən yüksək dəyəridir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
7
turkustan.az

10Mənbələr