AZ

Bu il Azərbaycanda neft hasilatı azalıb

Bu

Bakı, 11 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında respublikada 12 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz azdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft hasilatının 6,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,25 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,1 milyon ton təşkil edib.

Hesabat dövründə 9,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,6 milyon tonu konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən iyunun 1-dək 637,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 591,6 milyon ton neft, “Şahdəniz”dən isə 46,3 milyon tona yaxın kondensat çıxarılıb. Bunun təqribən 635,9 milyon tonu ixraca nəql edilib.

Bu ilin yanvar-may ayları ərzində neftin emalı 8 faiz artaraq 2,7 milyon tona yaxın təşkil edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
12
azertag.az

10Mənbələr