AZ

Bu ilin ilk dörd ayında 2,2 milyon tona yaxın neft emal edilib

Bu ilin yanvar-aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2024-cü il tarixinədək 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 may 2024-cü il tarixinədək təqribən 634,2 milyon tonu ixraca nəql edilib.

Hesabat dövründə neft emalı 2,2 milyon tona yaxın təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
326
12
vergiler.az

10Mənbələr