17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) bu ay iki mərhələli təlim-məşq toplanışı olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı əlumat yayıb.
Xəbərdə bildirilir ki, millimiz əvvəlcə iyunun 13-dən 14-nə qədər Bakıda hazırlıq keçəcək. Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq.
U-17 yığmamız hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Eqnatiya Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Həzrət Səmədov – Sabah
- Fərid Cabbarlı – Zirə
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Nadir Nəsibli – Marset (İspaniya)
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Muhammad Çodarov – Marset (İspaniya)
- Murad Qurbanov – Zirə
- Sinan Mehdizadə – Marset (İspaniya)
- Nihad İsaqov – Kəpəz
- Əli Qazibəyov – Qarabağ
- Emil Həsənov – Sumqayıt
- Abdulaziz Cabbarlı – Qarabağ
- İbrahim Babayev – Servette (İsveçrə)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Ümid Səlimov – Sabah
- Əli İbrahim – Qarabağ