EN

U-17 millimiz Albaniyaya gedəcək - 2 yoxlama oyunu üçün

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) bu ay iki mərhələli təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı əlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz əvvəlcə iyunun 13-dən 14-nə qədər Bakıda hazırlıq keçəcək. Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq.

U-17 yığmamız hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Eqnatiya Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Məhdi Həsənov – Neftçi
  2. Rauf Əyyubov – Sabah
  3. Həzrət Səmədov – Sabah
  4. Fərid Cabbarlı – Zirə
  5. Əlibəy Mahmudov – Sabah
  6. Tuncay Əhmədov – Marset (İspaniya)
  7. Nadir Nəsibli – Marset (İspaniya)
  8. Səttar Tahirzadə – Marset (İspaniya)
  9. Muhammad Çodarov – Marset (İspaniya)
  10. Murad Qurbanov – Zirə
  11. Sinan Mehdizadə – Marset (İspaniya)
  12. Nihad İsaqov – Kəpəz
  13. Əli Qazibəyov – Qarabağ
  14. Emil Həsənov – Sumqayıt
  15. Abdulaziz Cabbarlı – Qarabağ
  16. İbrahim Babayev – Servette (İsveçrə)
  17. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  18. İbrahim Xəlilov – Sabah
  19. Ümid Səlimov – Sabah
  20. Əli İbrahim – Qarabağ
Chosen
69
9
arena.az

10Sources