AZ

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəliri Ukraynanın hesabına köçürüləcək

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən gələn 1,5 milyard avro gəliri Ukraynanın hesabına köçürəcək.

APA xəbər verir ki, bunu qurumun rəhbəri Ursula von der Lyayen deyib.

O bildirib ki, həmin vəsaitin 10 faizi bərpa-quruculuq işlərinə, böyük bir hissəsi isə Ukraynanın müdafiə xərclərinə yönəldiləcək.

Bununla yanaşı, adıçəkilən dövlət "Ukraine Facility" proqramı çərçivəsində daha 1,9 milyard avro dəstək alacaq.

Komissiya rəhbəri əlavə edib ki, növbəti həftə "G7" ölkələrinin liderləri bu aktivlərdən Ukraynanın daha sürətlə fayda əldə etməsinin yollarını müzakirə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
azpolitika.info

6Mənbələr