AZ

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir Ukraynaya veriləcək

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən gələn 1,5 milyard dollar gəliri Ukraynanın hesabına köçürəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun rəhbəri Ursula von der Lyayen deyib.

    O bildirib ki, həmin vəsaitin 10 faizi bərpa-quruculuq işlərinə, böyük bir hissəsi isə Ukraynanın müdafiə xərclərinə yönəldiləcək.

    Bununla yanaşı, adıçəkilən dövlət "Ukraine Facility" proqramı çərçivəsində daha 1,9 milyard dollar dəstək alacaq.

    Komissiya rəhbəri əlavə edib ki, növbəti həftə "G7" ölkələrinin liderləri bu aktivlərdən Ukraynanın daha sürətlə fayda əldə etməsinin yollarını müzakirə edəcək.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    31
    5
    bakivaxti.az

    6Mənbələr