AZ

"Azərbaycan millisi texnikalı komandadır" - Ruslan Baltıyev

"Bu komanda ilə 2 il əvvəl qarşılaşmışıq".

Prosport.Az xəbər verir ki, bu sözləri futbol üzrə Qazaxıstan millisinin məşqçisi Ruslan Baltıyev deyib.

Bu gün Azərbaycan millisi ilə keçiriləcək yoxlama matçını şərh edən mütəxəssis görüşün maraqlı olacağını bildirib: "Azərbaycan texnikalı komandadır və yaxşı rəqibdir. Onlara qarşı bütün matçlar gərgin mübarizə şəraitində keçir. Hər zaman da görüş bir tərəfin minimal üstünlüyü ilə yekunlaşır. Bu gün də bizi çox çətin və maraqlı oyun gözləyir”.

Rəqibin yarımmüdafiəçisi Balurjan İslamxan da oyunun çətin keçəcəyini deyib: “Rəqib bizə tanışdır, bir neçə il əvvəl Millətlər Liqasında onlara qarşı oynamışıq. Özümüzü sınayacağıq və müsbət nəticə əldə etmək üçün bütün gücümüzü sərf etməyə çalışacağıq. Son seçmə mərhələdə də yaxşı dövrlərimiz oldu. Əminəm ki, Azərbaycanda bizim yaxşı rəqib olduğumuzu bilirlər”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü Macarıstanda keçiriləcək. Matç saat 18:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
prosport.az

5Mənbələr