AZ

Azərbaycan texnikalı komandadır və yaxşı rəqibdir - Qazaxıstanın məşqçisi

Bakı. Trend:

Bu komanda ilə 2 il əvvəl qarşılaşmışıq.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu futbol üzrə Qazaxıstan millisininməşqçisi Ruslan Baltıyev deyib.

Bu gün Azərbaycan millisi ilə yoxlama matçında üz-üzə gələcəkmütəxəssis görüşün maraqlı olacağına inam ifadə edib:

“Azərbaycan texnikalı komandadır və yaxşı rəqibdir. Onlara qarşıbütün matçlar gərgin mübarizə şəraitində keçir. Hər zaman da görüşbir tərəfin minimal üstünlüyü ilə yekunlaşır. Bu gün də bizi çoxçətin və maraqlı oyun gözləyir”.

Rəqibin yarımmüdafiəçisi Balurjan İslamxan da oyunun çətinkeçəcəyini deyib:

“Rəqib bizə tanışdır, bir neçə il əvvəl Millətlər Liqasındaonlara qarşı oynamışıq. Özümüzü sınayacağıq və müsbət nəticə əldəetmək üçün bütün gücümüzü sərf etməyə çalışacağıq. Son seçməmərhələdə də yaxşı dövrlərimiz oldu. Əminəm ki, Azərbaycanda bizimyaxşı rəqib olduğumuzu bilirlər”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü Macarıstandakeçiriləcək. Matç saat 18:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
az.trend.az

5Mənbələr